Bank Of Baku

Azərbaycan əhalisi yanvar-fevralda banklardan 1,3 mlrd. dollar məbləğində nağd dollar alıb

Azərbaycan əhalisi yanvar-fevralda banklardan 1,3 mlrd. dollar məbləğində nağd dollar alıb
# 08 may 2012 12:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-fevralın ərzində banklar tərəfindən əhaliyə satılan nağd dolların məbləği 1 283 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 46,3% çoxdur.

Azərbaycanda Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 64,6% artaraq 339 mln. dollara bərabər olub.

Beləliklə, Azərbaycanda əhali tərəfindən nağd dolların alınmaları satılmalarından 3,8 dəfə çoxdur. Bu, Azərbaycanda ənənəvi olaraq dolları yığım valyuta kimi qəbul edilməsindən və xarici ölkələrə səfərə gedənləri tərəfindən nağd dolların alınmasından irəli gəlir.

Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan ötən il orta hesabla hər ay 536,8 mln. nağd dollar alınıb və 162,2 mln. dollar satılıb. Bu il həmin göstəricilər müvafiq olaraq 641,5 mln. dollar və 169,5 mln. dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR