Bank Of Baku

Azərbaycanda yeni ipoteka proqramının konsepsiyası hazırlanır

Azərbaycanda yeni ipoteka proqramının konsepsiyası hazırlanır
# 08 may 2012 15:07 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, konsepsiya yaxın bir ay ərzində yekunlaşdırılaraq razılaşdırılmaq üçün müvafiq qurumlara təqdim olunacaq: “Tam razılaşdırıldıqdan sonra proqram hökumətə təqdim olunacaq”.

E.Rüstəmov etiraf edib ki, mövcud (8%-lik) kommersiya ipotekası proqramının demək olar ki, dayandırılması dolayısı ilə də olsa, yeni konsepsiyanın hazırlanması bununla bağlıdır: “Kommersiya ipotekasının həcmi azaldılıb, proqram tam dayandırılmayıb. Bununla yanaşı, sosial ipoteka verilməsi davam edir. İpoteka ilə əlaqədar yeni strategiya düşünürük və həmin strategiya çərçivəsində işləri davam etdiririk”.

Mərkəzi Bankın rəhbəri qeyd edib ki, Azərbaycanda POS-terminalların sayının artırılması sahəsində də işlər əhəmiyyətli dərəcədə sürətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR