Bank Of Baku

Elman Rüstəmov: “Azərbaycan qızıl ehtiyatlarını artıracaq”

Elman Rüstəmov: “Azərbaycan qızıl ehtiyatlarını artıracaq”
# 09 may 2012 09:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qızıl ehtiyatları özünün hasil etdiyi və ölkənin payına düşən qızıl ehtiyatlarından ibarətdir və hazırda bu rəqəm bir o qədər əhəmiyyətli deyil: «Bizim strategiyamız belədir ki, ilk növbədə özümüzün istehsal etdiyi qızılın Azərbaycanın payına düşən hissəsini tam almaq və onu xarici bazarlara satmamaqdır».

Hazırda ölkənin qızıl ehtiyatlarını artırılması barədə düşünüldüyünü bildirən AMB-nin sədri onu da qeyd edib ki, qızıla birmənalı baxmaq olmaz: «Uzun bir dövrdə qızılın qiymətinin dinamikasında maraqlı sinusoida müşahidə olunur. Ümumiyyətlə, qızılın qiyməti dünya iqtisadiyyatının vəziyyətinə tabedir. Böhran dövründə dünya iqtisadiyyatında valyutadan qaçma və qızıla cəmləşmə prosesi gedir. İqtisadi canlanma dövründə isə qızıl passiv bir valyutadır və buna görə investorlar qızıldan qaçır».

E. Rüstəmov həmçinin bildirib ki, perspektivdə Azərbaycan qızıl ehtiyatını artıra bilər.
AMB-nin rəsmisi onu da qeyd edib ki, ümumiyyətlə, Azərbaycan öz qızıl-valyuta ehtiyatlarını böhrandan əvvəl rasional diversifikasiya edib: «Portfelimiz həm dünya iqtisadiyyatlarında ayrı-ayrı ölkələrdə və ayrı-ayrı aparıcı valyutaların roluna, o cümlədən Azərbaycanın xarici iqtisadi əlaqələrin strukturuna, yəni avro, dollar, yen və s. zonaları ilə əlaqələrinə əsaslanır. Böhran dövründə etdiyimiz iş isə bütövlükdə valyuta ehtiyatların coğrafi strukturunun yaxşılaşdırılması olub. Biz bilirik ki, problemli, qeyri-problemli, problemi daha az olan ölkələr var və bu səbəbdən coğrafi strukturda dəyişikliklər olub, valyuta strukturunda isə ciddi dəyişiklik olmayıb».

Qeyd edək ki, 2011-ci ilin sonunda AMB-də saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 16 512,9 troya unsiyasına (513,6 kq) bərabər olub. Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 309,1 kq qızıl hasil edilib və bu göstərici ötən ilin analoji dövründən 29,3% azdır. Ümumiyyətlə, ölkədə qızıl hasilatı Azərbaycan hökuməti ilə «R.V.Investment Group Services» şirkəti (Böyük Britaniya) arasında «Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» imzalanmış saziş əsasında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR