Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı «Dəmirbank»a 7 mln. dollarlıq kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı «Dəmirbank»a 7 mln. dollarlıq kredit ayırıb
# 10 may 2012 07:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın «Dəmirbank» ASC-yə 7 mln. ABŞ dolları həcmində kredit ayırıb.

EBRD-dən «APA-Economics»ə verilən məlumata görə, uzun müddətə ayrılan kredit Azərbaycanda özəl sektorun inkişafı üçün nəzərdə tutulub.

EBRD-nin Azərbaycan ofisinin rəhbəri Neil Makkeynin (Neil McKain) sözlərinə görə, «Dəmirbank» EBRD-nin subordinasiya olunmuş kredit ayırdığı ilk banklardan biridir.

Qeyd edək ki, EBRD indiyədək Azərbaycana 117 layihə üzrə 2 mlrd. ABŞ dollarına yaxın vəsait ayırıb.

Xatırladaq ki, «Dəmirbank» ASC 1989-cu ildən «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Hazırda səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (25%) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin aprel ayının 1-nə bankın 30 filialı, 55 bankomatı, 1 454 POS-terminalı və 780 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR