Bank Of Baku

«AtaBank» səyyar bank xidmətlərinə başlayır

«AtaBank» səyyar bank xidmətlərinə başlayır
# 10 may 2012 08:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaBank» ASC «AtaMatik» adlı yeni layihəyə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihənin şərtlərinə əsasən bank xidmətləri göstərilməyən, bankomat quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətlər səyyar şəkildə göstəriləcək.

Bu məqsədlə bank xüsusi, yüksək keçmə qabiliyyətinə malik və daxilinə bankomatlar quraşdırılmış avtomobillər alıb. Həmçinin avtomobillər fasiləsiz enerji təchizatı üçün generator, işıqlandırma və rahat istifadə üçün digər qurğularla təmin olunub. Səyyar xidməti təmin etmək üçün bankomata texniki xidmət, əməliyyata nəzarət, təhlükəsizlik xidməti və sürücüdən ibarət işçi heyəti yaradılıb.

Pilot olaraq layihə Şəmkir rayonunun Düyərli və Gədəbəy rayonunun Zəhmət kəndində həyata keçiriləcək. Müvafiq icra qurumları ilə birlikdə hazırlanmış iş qrafikinə uyğun olaraq ehtiyac olan məntəqələrdə sistematik xidmət təmin ediləcək.

Gələcəkdə bu xidmətin əhatə dairəsini genişləndirmək və təkmilləşdirmək məqsədilə ixtisaslaşdırılmış xüsusi avtomobillərin alınması və səyyar şöbə formasında xidmətlərin göstərilməsi planlaşdırılır.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 24 filial və şöbəsi mövcuddur. Cari ilin aprel ayının 1-nə bankın aktivləri 227,1 mln. manat, kredit portfeli 154,5 mln. manat, məcmu kapitalı isə 30,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR