Bank Of Baku

Azərbaycanda tikinti işlərində qiymətlər artıb

Azərbaycanda tikinti işlərində qiymətlər artıb
# 10 may 2012 09:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2% artıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2%, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlər 0,1%, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2% artıb. Rüb ərzində körpü tikintisi üzrə qiymətlər 0,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR