Bank Of Baku

Azərbaycan əhalinin nağd avro ilə əməliyyatlarının həcmi artıb

Azərbaycan əhalinin nağd avro ilə əməliyyatlarının həcmi artıb
# 10 may 2012 12:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-fevralın ərzində banklar tərəfindən əhaliyə satılan nağd avronun məbləği 219,5 mln. avro təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 58,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd avronun məbləği son bir ildə 30,5% azalaraq 19,4 mln. avroya bərabərdir.

Beləliklə, nağd avro ilə əməliyyatların məcmu həcmi 238,9 mln. avro təşkil edib ki, bu da illik müqayisədə 43,4% çoxdur.

Göründüyü kimi, Azərbaycanda əhalinin nağd avronun alınmaları satılmalarından 11,3 dəfə çoxdur. Bu natarazlığın əsas səbəbi Azərbaycan vətəndaşlarının avrozona ölkələrinə fərdi və işgüzar səfərləri və pərakəndə idxalla əlaqədardır. Əlavə olaraq satılmaların kiçik həcmi öz növbəsində əhalinin alınmış nağd avronun əsas hissəsinin ölkə xaricində istifadə edilməsindən irəli gəlir.

Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan ötən il orta hesabla hər ay 113,5 mln. nağd avro alınıb və banklara 19,8 mln. avro satılıb. Bu il həmin göstəricilər müvafiq olaraq 109,8 mln. avro və 9,7 mln. avroya bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR