Bank Of Baku

«AccessBank»ın Şəmkir filialının açılışı olub

«AccessBank»ın Şəmkir filialının açılışı olub
# 10 may 2012 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün «AccessBank» QSC-nin Şəmkirdə filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu filialın açılması ilə bankın filiallarının ümumi sayı 33-ə, regional filialların sayı isə 15-ə çatıb.

Bankın filiallarının böyük əksəriyyəti kimi, yeni filial da həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli xidmətlər göstərəcək. Bu xidmətlərə cari və əmanət hesablarının açılması, «Visa» plastik kartlarının rəsmiləşdirilməsi, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürülməsi və kiçik, biznes və istehlak kreditlərinin verilməsi aiddir.

Bankın baş meneceri Endrev Pospielovskinin sözlərinə görə, bank Şəmkirdə artıq 3 mindən artıq müştərini maliyyələşdirir. İndiyədək bu müştərilərə «AccessBank»ın Gəncə filialları tərəfindən xidmət göstərilib ki, bu da Şəmkirdən 39 km aralıda yerləşir: “Mən çox şadam ki, indi bank Şəmkir rayonundan olan cari və gələcək müştərilər üçün daha yaxın və daha rahatdır. Bank öz müştərilərinə göstərilən xidmətləri daim təkmilləşdirməyə çalışır”.

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR