Bank Of Baku

«DəmirBank»ın müştəriləri kreditləri «PayPoint» sistemi ilə ödəyəcəklər

«DəmirBank»ın müştəriləri kreditləri «PayPoint» sistemi ilə ödəyəcəklər
# 10 may 2012 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda «DəmirBank» ASC-nin müştəriləri «PayPoint» sisteminin 400 ödəniş terminalı vasitəsilə öz kreditlərini ödəmək imkanı əldə ediblər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, terminal vasitəsilə kreditlərin ödənilməsi üçün ekranda «Bank xidmətləri» düyməsini seçmək, abunəçi kodunu (kreditin ödənişi üçün cari hesab nömrəsini) daxil etmək, təsdiqləmək, pulları qəbulediciyə daxil etmək, qəbzi götürmək və saxlamaq lazımdır.

Kreditlərin ödənilməsi üzrə müştəridən heç bir komissiya tutulmur. Saat 17:00-dan sonra və qeyri-iş günləri olan ödənişlər növbəti iş günü hesabınıza köçürülür. Terminal yalnız manat qəbul edir. ABŞ dolları ilə olan kredit üzrə valyuta kurslarını nəzərə alaraq manatla ödəniş etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR