Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri azalıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri azalıb
# 10 may 2012 14:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 3,6% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 95,5% təşkil edib.

Həmin bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 4,5%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,1% azalıb.

Aprel ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 101,1% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 6,1%, tütün məmulatlarının istehsalı üzrə 4,7%, toxuculuq sənayesi üzrə 3,1%, qida məhsullarının istehsalı üzrə 2,1%, elektrik avadanlıqlarının istehsalı üzrə 1,1%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,5%, maşın və avadanlıqların istehsalı üzrə 0,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,1% azalıb, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 7,4%, kimya sənayesi üzrə 4,7%, neft məhsullarının istehsalı üzrə 1,8%, metallurgiya sənayesi üzrə 1,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8%, geyim istehsalı üzrə 0,4%, mebel istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR