Maliyyə Nazirliyinin yerli maliyyə orqanlarının yeni inzibati binaları istifadəyə verilib - FOTO
Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, mərasimdə iştirak edən maliyyə naziri Samir Şərifov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında onun abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Açılış lenti kəsildikdən sonra mərasim iştirakçıları inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olublar. Bildirilib ki, müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün şərait yaradılıb. Mərasimdə çıxış edən S.Şərifov Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün qeyd olunduğu bu əlamətdar gündə kollektivi yeni inzibati binanın açılışı münasibətilə təbrik edib. Nazir bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan inkişaf edir və qüdrətlənir. Ölkə miqyasında həyata keçirilən tikinti-quruculuq işlərinin bütün sahələri əhatə etdiyini vurğulayan S.Şərifov qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraiti xeyli yaxşılaşdırılıb və nazirliyin tabeliyində olan qurumlar müstəqil inzibati binalarla təmin olunub.
S.Şərifov əmin olduğunu bildirib ki, yeni inzibati binanın istifadəyə verilməsi ilə idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər.
Bu gün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsinin də yeni inzibati binası istifadəyə verilib. Burada da müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin keyfiyyətini və çevikliyini daha da artıracaq. Qeyd olunub ki, 2 saylı Xəzinədarlıq İdarəsi hazırda 90-na yaxın büdcə təşkilatına xidmət göstərir.
Açılış mərasimində çıxış edən S.Şərifov bildirib ki, son illərdə respublikamızda informasiya texnologiyaları sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına nail olunub. Eyni zamanda dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, büdcə daxilolmalarının daha səmərəli istifadə olunmasının təmin edilməsi, bu sahədə nəzarətin gücləndirilməsi, məlumatların daha operativ emal edilməsi məqsədilə Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin yaradılması layihəsi uğurla həyata keçirilir. Dövlət büdcəsinin vəsaitlərinin daha səmərəli istifadə edilməsi üçün Bakı şəhəri üzrə Xəzinədarlıq idarələrinin, həmçinin Gəncə şəhəri, Xaçmaz və Abşeron rayonları üzrə maliyyə idarələrinin sistemə qoşulması və xəzinə əməliyyatlarının Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin çərçivəsində aparılması tam şəkildə başa çatdırılıb.
Son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldığını vurğulayan S.Şərifov əlavə edib ki, bütün bunlar ölkə rəhbərliyinin Maliyyə Nazirliyi və onun çoxsaylı kollektivinin əməyinə böyük diqqət və qayğısının təzahürüdür.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
İsrail və Livan cümə günü çərçivə sazişi imzalayacaq
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Venesuelada zəlzələdə ölənlərin sayı 600-ə çatıb, 3000-ə yaxın yaralı var - VİDEO - YENİLƏNİB-4
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Lavrov Rubionun Alyaskadakı danışıqlar barədə sözlərinə cavab verib
Azərbaycan Ordusu – müstəqilliyin, suverenliyin və milli iradənin rəmzi - TƏHLİL
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
Bakıya və rayonlara leysan yağacaq - SABAHIN HAVASI
Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq