Bank Of Baku

«Parabank» I rübdə kredit portfelini 9% artırıb

«Parabank» I rübdə kredit portfelini 9% artırıb
# 11 may 2012 10:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 109,303 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,4% artaraq 79,368 mln. manat, depozit portfeli isə 0,2% azalaraq 64,042 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın məcmu kapitalı 8% artaraq 13,850 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 11,570 mln. manat olub. Həmçinin, bankın cəmi müştərilərinin sayı 2,1 dəfə artaraq 36 338-ə, o cümlədən fiziki şəxslərin sayı 2,2 dəfə artaraq 34 540-a, hüquqi şəxslərin sayı isə 72% artaraq 1 798-ə çatıb.

Eyni zamanda, cəmi aktiv plastik kartların sayı 42% artaraq 6 881, o cümlədən debet kartlarının sayı 2,3 dəfə artaraq 3 510, kredit kartlarının sayı isə 0,3% artaraq 3 371 olub. Qeyd olunan dövr ərzində bankın işçilərinin sayı 13% azalaraq 402-yə, orta aylıq əmək haqqı isə 37% artaraq 655 manata çatıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 238 POS-terminalı və 402 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR