Bank Of Baku

Azərbaycan Banklar Assosiasiyası və Asiya İnkişaf Bankı birgə layihələr həyata keçirəcək

Azərbaycan Banklar Assosiasiyası və Asiya İnkişaf Bankı birgə layihələr həyata keçirəcək
# 11 may 2012 12:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) iqamətgahında Asiya İnkişaf Bankının (AİB) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. «APA-Economics»in məlumatına görə, görüşdə AİB-in maliyyə sektoru üzrə baş mütəxəssisi Yurqen Konrad son illər ərzində AİB-in Azərbaycandakı fəaliyyəti və yaxın dövr üçün planlaşdırdığı tədbirlər haqqında məlumat verib və Bankın Azərbaycan maliyyə sektoru ilə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.

Öz növbəsində ABA prezidentinin müşaviri Nazim İmanov nümayəndə heyətini Assosiasiyanın fəaliyyəti haqqında məlumatlandırıb.

Tərəflər dünya maliyyə böhranı şəraitində bankların və digər kredit təşkilatlarının üzləşdiyi çətinliklər və bunların dəf edilməsi yolları haqqında ətraflı fikir mübadiləsi aparıblar. Azərbaycan bank sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının maliyyə böhranından nisbətən kiçik itkilərlə çıxması xüsusi vurğulanıb və bu məqsədlə Azərbaycan Mərkəzi Bankının gördüyü tədbirlər təqdir edilib.

ABA ilə AİB arasında əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirən görüş iştirakçıları yaxın dövr üçün birgə gerçəkləşdirəcəkləri layihələr üzrə işçi planı hazırlamaq barəsində razılığa gəliblər.

Görüşdə ABA-nın icraçı direktoru Sənan Bağırov, AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev, «Wicklow Corporate Services» şirkətinin əməkdaşı Alum Bati da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR