Bank Of Baku

«Zamin Bank»ın aktivləri I rübdə 30% artıb

«Zamin Bank»ın aktivləri I rübdə 30% artıb
# 11 may 2012 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 330,487 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 37% artaraq 220,808 mln. manat, depozit portfeli 50% artaraq 82,078 mln. manat, məcmu kapitalı 0,8% azalaraq 26,067 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,05% artaraq 22,181 mln. manat olub.

Bu müddət ərzində bankın cəmi müştərilərinin sayı 32% artaraq 107 707-ə, o cümlədən fiziki şəxslərin sayı 34% artaraq 99 378-ə, hüquqi şəxslərin sayı 6,5% artaraq 8 329-a çatıb. Həmçinin, bankın plastik kartlarının sayı 15% artaraq 31 529, o cümlədən debet kartlarının sayı 14% artaraq 30 255, kredit kartlarının sayı isə 51% artaraq 1 274 olub.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin Rusiyada «Moskva» nümayəndəliyi, 37 bankomatı və 1 891 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR