Bank Of Baku

Azərbaycanda qiymətli kağızlarla bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi qaydaları təsdiqlənib

Azərbaycanda qiymətli kağızlarla bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi qaydaları təsdiqlənib
# 11 may 2012 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə «Qiymətli kağızlar ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi Qaydaları» təsdiq edilib və Azərbaycanın hüquqi aktların dövlət reyestrinə daxil edilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, yeni qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən Komitəyə Azərbaycan ərazisində investisiya qiymətli kağızları ilə bağlanılan əqdlər haqqında təqdim edilən hesabatlara dair tələbləri, onların təqdim və tərtib edilmə qaydasını müəyyən edir.

«Bu qaydalar hesabatlılıq sisteminin təkmilləşdirilməsi məqsədi ilə qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanıb və qiymətli kağızlar ilə bağlanılan əqdlərə dair hesabatların sistemləşdirilməsinə, onların elektron formada təqdim edilməsinə, həmçinin Dövlət Komitəsi tərəfindən qiymətli kağızlarla aparılan əməliyyatlara nəzarətin effektivliyinin artırılmasına imkan verir», - deyə QKDK-dan bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR