Bank Of Baku

Dünyada yeni kredit böhranı başlaya bilər

Dünyada yeni kredit böhranı başlaya bilər
# 12 may 2012 08:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «Standard&Poor’s» beynəlxalq reytinq agentliyin analitikləri bu fikirdədir.

Agentliyin məruzəsində deyilir ki, ölkə hökumətləri və bank tənzimləyici orqanlar sonuncu maliyyə böhranı nəticəsində yaranmış problemlərin aradan qaldırılması üçün onların sərəncamlarında olan fiskal və monetar alətlərdən artıq istifadə edib və bu sahədə artıq potensial qalmayıb. Nəticədə, tənzimləyici orqanlar şirkətlərin borc və kreditlərə xidmət göstərilməsi problemlərinin həllinə heç bir yardım edə bilmir. Bu səbəbdən mütəxəssislər şirkətlərin borclara xidmət göstərilməsi üçün pul çatışmazlığının yaranacağını proqnozlaşdırırlar. Onların fikrincə, dünyada pul çatışmazlığı yaranır, şirkətlər əsasən borclar hesabına fəaliyyət göstərir və bu vəziyyətdən çıxış yolu yoxdur. Borc vəsaitlərinin tədricən bahalaşması isə vəziyyət daha çətinləşdirir. Bütün bunları nəzərə alaraq, «Standard&Poor’s» agentliyi yaranmış vəziyyəti yeni kredit böhranın başlanğıcı ola biləcəyini düşünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR