Bank Of Baku

ABŞ-ın ən iri bankının reytinqi endirilib

ABŞ-ın ən iri bankının reytinqi endirilib
# 12 may 2012 10:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi ABŞ-ın «JP Morgan Chase» bankının uzunmüddətli kredit reytinqini «AA-» səviyyəsindən «A+» səviyyəsinə qədər endirib. «APA-Economics»in məlumatına görə, reytinqin endirilməsi bankın apardığı uğursuz əməliyyatlar nəticəsində 2 mlrd. dollar həcmində itkilərə məruz qalması barədə məlumatlarla bağlıdır.

Eyni zamanda Agentlik bildirir ki, buna baxmayaraq «JP Morgan Chase» cari böhrandan çıxa biləcək. Eyni zamanda qeyd olunur ki, «JP Morgan Chase» yaxın 6 ay ərzində reytinqləri azaldıla biləcək təşkilatların sırasına daxil edilib. Çünki bu, bankda risklərin idarə edilməsi sistemində ciddi çatışmazlıqların olduğunu göstərir.

Qeyd edək ki, «JP Morgan Chase» ABŞ-ın ən iri bankıdır və onun məcmu aktivlərinin həcmi 2 trln. dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR