Bank Of Baku

Dünya iqtisadiyyatının vəziyyəti Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli iclasda müzakirə olunacaq

Dünya iqtisadiyyatının vəziyyəti Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli iclasda müzakirə olunacaq
# 14 may 2012 12:02 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Mayın 17-18-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 2012-ci ildə dünyanın maliyyə və iqtisadi vəziyyətinə həsr olunmuş yüksək səviyyəli iclas keçiriləcək.

APA-Economics”in BMT-nin İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, tədbirin məqsədi dünyada qlobal və iqtisadi vəziyyətin yaxşılaşdırılması yollarının, eləcə də bu proseslərin sosial aspektlərinin müzakirəsi olacaq.

İclasda dövlət və hökumət başçıları, maliyyə və xarici işlər nazirləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Dörd dəyirmi masa formatında keçirilən toplantıda işsizliklə mübarizə, yoxsulluğun ləğvi və sosial müdafiənin digər aktual aspektləri müzakirə olunacaq. Söhbət iqtisadi inkişaf prosesində ətraf mühitin mühafizəsi, qlobal maliyyə sistemində qeyri-sabitliyin artmasından gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR