Bank Of Baku

«Standard & Poors» agentliyi «AGBank»ın reytinqini artırıb

«Standard & Poors» agentliyi «AGBank»ın reytinqini artırıb
# 14 may 2012 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Standard & Poors» beynəlxalq reytinq agentliyi Azərbaycanın «AGBank» ASC-nin uzunmüddətli reytinqini «B-»dən «B» səviyyəsinə kimi yüksəldib.

«AGBank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci il ərzində «Standard & Poors» tərəfindən həyata keçirilən artıq ikinci müsbət dəyişiklikdir. Belə ki, cari ilin mart ayında öz konservativ yanaşması ilə fərqlənən agentlik bankın kredit portfelinin keyfiyyətində müşahidə olunan müsbət dəyişiklikləri nəzərə alaraq, bankın «outluk»u üzrə proqnozunu «neqativ»dən «stabil»ə kimi yüksəldib. Nəhayət, sonuncu dəyişiklik nəticəsində bankın uzunmüddətli reytinqi artırılaraq «B» səviyyəsində təsdiq edilib ki, bu da öz növbəsində «AGBank»ın daha əlverişli şərtlərlə maliyyə vəsaitlərinin cəlb edilməsi imkanlarını genişləndirir.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR