Bank Of Baku

«Standard & Poor’s» agentliyi «Muğan Bank»ın reytinqini yüksəldib

«Standard & Poor’s» agentliyi «Muğan Bank»ın reytinqini yüksəldib
# 14 may 2012 14:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Standard & Poor’s» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Muğan Bank» ASC-nin uzunmüddətli kredit reytinqini «CCC+» səviyyəsindən «B-» səviyyəsinə qədər yüksəldib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, qısamüddətli reytinq «C» səviyyəsində təsdiqlənib, reytinqlər üzrə proqnoz «sabit»dir.

Məlumatda qeyd edilir ki, bankın reytinqinin yüksəldilməsi Azərbaycanın bank sektorunun ölkə və sahə risklərinin yenidən qiymətləndirərək ölkənin 9-cu qrupdan 8-ci qrupa, iqtisadi risklər üzrə 8-ci qrupdan 7-ci qrupa, sahə riskələri üzrə 9-cu qrupdan 8-ci qrupa keçirilməsindən sonra baş verib.

Agentlik bildirir ki, Bankın reytinqlərinin səviyyəsi onun zəif biznes mövqeyi, kapitallaşma, mənfəət və fondlaşmasının orta göstəriciləri və adekvat likvidlik göstəriciləri ilə müəyyən edilib.

Reytinqlər üzrə «sabit» proqnoz yaxın 12 ay ərzində «Muğan Bank»ın biznes və maliyyə profilinin dəyişməz qalması barədə ehtimalların təsiri altında müəyyən edilib. Agentlik bankın reytinqlərinin yüksəlməsi və ya proqnozun yaxşılaşması ehtimalını kiçik kimi qiymətləndirir. Bununla yanaşı qeyd edilir ki, reytinqlər üzrə mənfi addımlar yalnız bankın göstəricilərinin pisləşməsi nəticəsində baş verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR