Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» yeni uduş kampaniyası keçirir

«Azərbaycan Sənaye Bankı» yeni uduş kampaniyası keçirir
# 15 may 2012 07:44 (UTC +04:00)
Bakı – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) ASC «Western Union» təşkilatı ilə birlikdə öz müştərilərinə «Heyrətləndirici Dünya» adında yeni kampaniyada iştirak edərək istənilən ölkəyə səyahət etmək imkanı yaradır. Bu kampaniya «Western Union» sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub. Kampaniya avqustun 31-dək davam edəcək.

Bankdan «APA-EConomics»ə verilən məlumata görə, kampaniya zamanı ASB-nin filiallarında «Western Union» xidmətlərindən istifadə edən hər bir pul göndərən və yaxud alan müştəri promo-kuponu doldurduqdan və bank əməkdaşına təhvil verdikdən sonra lotereyada iştirak edir.

Kampaniyada iştirak edən müştərilər müxtəlif hədiyyələr qazanmaqla yanaşı ailələri ilə birlikdə unudulmaz məzuniyyət üçün 1 000 manat dəyərində səyahət paketi udmaq şansı qazanırlar. Bundan əlavə pulu göndərən hər müştəriyə bloknot hədiyyə olunur.

Xatırladaq ki, 1996-cı ildən etibarən fəaliyyət göstərən ASB fiziki və hüquqi şəxslərə müxtəlif növ bank xidmətləri göstərir. Cari ilin aprelin 1-nə Bankın aktivləri 159,420 mln. manat, bankın kredit portfeli 139,917 mln. manat, depozit portfeli 81,975 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 1 şöbəsi, 34 bankomatı və 505 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR