Bank Of Baku

Azərbaycanda inflyasiya 2,7%-ə düşüb

Azərbaycanda inflyasiya 2,7%-ə düşüb
# 15 may 2012 11:43 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-aprel ayları ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri isə 2,1% bahalaşıb.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 3,1% təşkil edib. Göründüyü kimi, ölkədə inflyasiya yanvar-aprel aylarında 0,4 faiz bəndi zəifləyib.

Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə inflyasiya 6%, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə 5% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR