Bank Of Baku

Azərbaycanda bankdan borc almış şəxslərin sayı bu il 3% artıb

Azərbaycanda bankdan borc almış şəxslərin sayı bu il 3% artıb
# 15 may 2012 12:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan borcalanlar daxil olmaqla banklardan borc almış şəxslərin sayı 2012-ci il martın 1-nə 1 213 846 olub. «APA-Economics»in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrinin statistik məlumatında deyilir.

Borcalanların sayı ötən ilin martın 1-nə nisbətən 217,4 min və ya 21,8%, bu ilin əvvəlinə nisbətən isə 33,9 min və ya 2,9% artıb.

Borcalanların sayının strukturunda 1 192 202 nəfəri və ya 98,2%-i fiziki şəxslər, 13 175 və ya 1,1%-i sahibkarlıq subyektləri, 8 469 və ya 0,7%-i hüquqi şəxslər təşkil edib.

Qeyd edək ki, martın 1-nə bank kreditləri üzrə zaminlərin ümumi sayı 432 978 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR