Bank Of Baku

Azərbaycan Milli Nömrələyici Agentliklər Assosiasiyasının yubiley toplantısında iştirak edəcək

Azərbaycan Milli Nömrələyici Agentliklər Assosiasiyasının yubiley toplantısında iştirak edəcək
# 15 may 2012 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 14-15-də Londonda (Böyük Britaniya) Milli Nömrələyici Agentliklər Assosiasiyasının (ANNA) yaradılmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Azərbaycan Milli Depozit Mərkəzindən (MDM) «APA-Economics»ə verilən məlumata görə, yubiley təşkilatın səhmdarlarının ümumi yığıncağı çərçivəsində keçiriləcək. Azərbaycanın Milli Nömrələyici Agentliyi statusunun sahibi MDM də bu tədbirə dəvət alıb və təşkilatın səhmdarı kimi ümumi yığıncaqda təmsil ediləcək.
Qeyd edək ki, 1992-ci ildə təsis edilmiş ANNA təşkilatının əsas məqsədi qiymətli kağızlar və digər maliyyə alətlərinin vahid identifikasiya prinsiplərinin tətbiq edilməsi ilə milli fond bazarlarının inteqrasiyasına dəstək olmaq və beynəlxalq infrastruktur mərkəzinə çevrilməkdir. ANNA-nın üzvü olan təşkilatlar qiymətli kağızlara ISIN və CFI beynəlxalq identifikasiya kodlarının verilməsi üzrə səlahiyyət verilmiş nömrələyici agentliklər hesab edilir.
Xatırladaq ki, MDM 2008-ci ilin iyun ayından etibarən ANNA-nın tam hüquqlu üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR