Bank Of Baku

«ABB-Moskva» bankının aktivləri 23% artıb

«ABB-Moskva» bankının aktivləri 23% artıb
# 15 may 2012 13:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva»nın aktivləri son bir ildə 23% artaraq 2012-ci il aprelin 1-nə 22 082 mln. rubla (574 mln. manat) çatıb. «APA-Economics»in xəbərinə görə, bu barədə «ABB-Moskva»nın rəsmi məlumatında deyilir.

Bankın kredit portfeli ötən ilin aprelin 1-nə nisbətən 50% artaraq 16 510 mln. rubla (429,3 mln. manat) çatıb. O cümlədən, fiziki şəxslərə verilən kreditlərin həcmi 2 401 mln. rubl (62,4 mln. manat), hüquqi şəxslərə verilən kreditlərin həcmi 14 109 mln. rubl (366,8 mln. manat) təşkil edib. Fiziki şəxslərə verilən kreditlərin həcmi son bir ildə 85%, hüquqi şəxslərə verilən kreditlərin həcmi isə 46% artıb.

Bankda yerləşdirilmiş əhalinin əmanətlərinin həcmi 2011-ci il aprelin 1-nə nisbətən 23,5% artaraq 2 996 mln. rubla (77,9 mln. manat) çatıb. Bankın məcmu kapitalı aprelin 1-nə 2 089 mln. rubl (54,3 mln. manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8% çoxdur.

Rüb ərzində bank tərəfindən qazanılan xalis mənfəət 36,817 mln. rubl (957,2 min manat) təşkil edib.

Aprelin 1-nə bank tərəfindən buraxılan plastik kartların sayı 32 980 təşkil edib ki, bu da illik müqayisədə 16% çoxdur. Aprelin əvvəlinə bankın 51 bankomatı və 240 POS-terminalı olub.

Qeyd edək ki, «ABB-Moskva» 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə təşkilatı kimi yaradılıb. Hazırda «ABB-Moskva»nın Moskva, Sankt-Peterburq və Yekaterinburqda 15 satış ofisi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR