Bank Of Baku

Azərbaycan bankları daşınmaz əmlakın tikintisi və alınmasının kreditləşdirilməsini artırıb

Azərbaycan bankları daşınmaz əmlakın tikintisi və alınmasının kreditləşdirilməsini artırıb
# 15 may 2012 13:58 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin martın 1-nə nisbətən 171,7 mln. manat və ya 40,5% çoxdur.

Eyni zamanda, tikintiyə və tikililərin alınmasına ayrılan kreditlərin həcmi bu ilin əvvəlindən 19,2 mln. manat və ya 3,3% artıb.

Qeyd edək ki, bu kreditlərin bankların məcmu kredit portfelində xüsusi çəkisi 5,8% təşkil edir və hələ də aşağı səviyyədədir. Son bir ildə xüsusi çəki üzrə 1,2 faiz bəndi və ya 26% artım müşahidə olunub.

Həmin artım göstəriciləri Azərbaycanda banklar tərəfindən daşınmaz əmlak sahəsinin kreditləşməsində maraqlı olduğunu və maliyyələşmədə canlanmanı əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR