Bank Of Baku

«Finca Azerbaijan» yeni kredit məhsulunu təqdim edib

«Finca Azerbaijan» yeni kredit məhsulunu təqdim edib
# 15 may 2012 14:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Finca Azerbaijan» bank olmayan kredit təşkilatı müştərilər üçün yeni fərdi kənd krediti məhsulunu təqdim edib.

Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, yeni kredit məhsulundan təşkilatın bir çox bölgələrdə fəaliyyət göstərən 60-dan artıq ofis şəbəkəsi vasitəsi ilə yararlanmaq mümkündür. Kredit 100 manatdan başlayaraq (dollar) 2000 manatadək (2 500 dollar) məbləğində, 6-18 ay müddətinə verilir.

Fərdi kənd krediti məhsulu kənd ərazilərində məskunlaşmış ticarət, xidmət, istehsal və əsasən təsərrüfatla məşğul olan sahibkarlar üçün nəzərdə tutulub.

Xatırladaq ki, «Finca Mikro-Finance Holding»in («Finca İnternational», ABŞ) törəmə şirkəti olan «Finca Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə 29 filial və 34 ofisi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR