Bank Of Baku

Nazir: “Yunanıstanın avrodan imtinası Fransaya 50 mlrd. avroya başa gələcək”

Nazir: “Yunanıstanın avrodan imtinası Fransaya 50 mlrd. avroya başa gələcək”
# 15 may 2012 15:04 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanın vahid Avropa valyutasından imtina etməsi Fransaya 50 mlrd. avroya başa gələcək.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bunu Fransanın maliyyə naziri Fransua Baruen “Europe 1” radiosunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu məbləğ dövlət büdcəsinin, eləcə də Yunanıstanda aktivləri olan və ya işləyən Fransa banklarının və sığorta şirkətlərinin uğrayacağı zərəri göstərir.

Bununla belə, nazir Afinanın avrodan imtina etməsi ilə maliyyə strukturlarının iflasa uğramayacağını vurğulayıb.

Qeyd edək ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Yunanıstana 2010-cu ildə AB və beynəlxalq maliyyə təşkilatlarından 110 mlrd. avro həcmində ilk yardım paketi alıb. Bu ilin martında isə AB 130 mlrd. avro həcmində ikinci yardım paketinin həyata keçirilməsinə başlayıb. Afina bu paket üzrə bütün vəsaiti 2015-ci ilin sonuna qədər alacaq. Bundan başqa, BVF Yunanıstana 28 mlrd. avro kredit verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR