Bank Of Baku

«Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsinə iddialı namizəd imtahandan kəsilib

«Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsinə iddialı namizəd  imtahandan kəsilib
# 16 may 2012 07:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün Maliyyə Nazirliyi tərəfindən keçirilən son test imtahanında «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsinə iddialı namizəd Əsgər Ələkbərov imtahandan kəsilib.

«Qala Həyat» sığorta şirkətindən «APA-Economics»ə bildirilib ki, Ə.Ələkbərov sonuncu test imtahandan uğurla keçməsə də, növbəti imtahanlarda yenidən iştirak edəcək.

Xatırladaq ki, hazırda «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Anar Cəlilov icra edir.

Qeyd edək ki, son imtahanda həmçinin Kəmalə Axundova («Xalq Sığorta»nın Təftiş Komissiyasının üzvü), Fərhad Şirinov və Kənan Qəniyev («AzSığorta» şirkəti İdarə Heyətinin üzvləri), Emin Rəcəbov, İradə Deystani və Rüfət Rəcəbov (Beynəlxalq Sığorta Şirkəti Təftiş Komissiyasının üzvləri) iştirak ediblər və imtahanı müvəffəqiyyətlə veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR