Bank Of Baku

«Thames Insurance Group» bu həftə əlavə səhm emissiyasının yerləşdirilməsini başa çatdıracaq

«Thames Insurance Group» bu həftə əlavə səhm emissiyasının yerləşdirilməsini başa çatdıracaq
# 16 may 2012 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Thames Insurance Group» ASC 5 mln. manat həcmində əlavə səhm emissiyasının yerləşdirilməsi prosesini bu həftənin sonuna kimi başa çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Samir Mustafayev bildirib.

S.Mustafayevin sözlərinə görə, yerləşdirmə tam başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalının həcmi 7,25 dəfə artaraq 5,8 mln. manata çatacaq.

Qeyd edək ki, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş adi adlı sənədli səhmlərinin yerləşdirilməsinə aprelin 27-də başlanılıb. Səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 250 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Cheksea Capital» MMC çıxış edir.

Xatırladaq ki, «Thames Insurance Qrupu» 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR