Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına gəlirləri bu il 13% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri bu il 13% artıb
# 16 may 2012 12:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,6% artaraq 1 068,6 manat və ya orta hesabla ayda 267,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını (inflyasiyanı) 9,9 faiz bəndi üstələyib, başqa sözlə əhalinin real gəlirləri 9,6% artıb.

«Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 9,8 mlrd. manatlıq gəlirin 65,3%-i son istehlak xərclərinə, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,2%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 23,4%-i isə yığıma yönəldilib», - deyə Komitədən bildirilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 8,9 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 14,2% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR