Bank Of Baku

Avropa Mərkəzi Bankı bir sıra Yunanıstan banklarının kreditləşməsini dayandırıb

Avropa Mərkəzi Bankı bir sıra Yunanıstan banklarının kreditləşməsini dayandırıb
# 17 may 2012 08:31 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Mərkəzi Bankı (AMB) bir sıra Yunanıstan bankları ilə pul-kredit əməliyyatlarını dayandırıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, buna səbəb həmin bankların indiyədək uğurla təkrar maliyyələşdirilməməsidir.

Bu qərarın neçə banka aid olduğu rəsmən açıqlanmasa da, ən azı 4 Yunanıstan bankının nizamnamə kapitalının mənfi səviyyəsinə çatdığı bildirilir. AMB-nin fəaliyyət qaydalarına əsasən, bu cür vəziyyətlə üzləşən banklara vəsait verilmir.

Qeyd edək ki, AMB-nin pul vəsaitlərinə çıxış imkanları bağlanan Yunanıstan bankları likvidliyin dəstəklənməsi mexanizmi çərçivəsində ölkənin Mərkəzi Bankına müraciət etməli olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR