Bank Of Baku

Yaponiya bankı İran Mərkəzi Bankı və hökumətinin hesablarını dondurub

Yaponiya bankı İran Mərkəzi Bankı və hökumətinin hesablarını dondurub
# 17 may 2012 09:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Yaponiyanın ən böyük banklarından olan “Tokyo-Mitsubishi UFJ” İran Mərkəzi Bankının və hökumətinin hesablarını dondurub.

APA-nın məlumatına görə, bank ABŞ-ın Nyu-York ştatının yerli məhkəməsinin çıxardığı qərara əsasən belə bir addım atıb. Nyu-York məhkəməsi 1983-cü ildə Beyrutda ABŞ dəniz qüvvələrinə qarşı törədilən terror aktında İran xüsusi xidmət orqanlarını təqsirli bilərək, bu ölkənin hökumət və Mərkəzi Bankının hesablarının dondurulması ilə bağlı hökm çıxarıb. Hazırda bank rəhbərliyi vəziyyətlə bağlı Yaponiya hökuməti ilə məsləhətləşmələr aparır.

Qeyd edək ki, İran və Yaponiya arasındakı ticarət ödəmələrinin təxminən 80%-i bu bankda açılan hesablar vasitəsilə həyata keçirilib. Ekspertlərin fikrincə, belə bir qərar yapon şirkətlərinin İranla neft idxalı da daxil olmaqla, digər ticarət əlaqələrinin kəsilməsinə səbəb ola bilər. Yaponiya 2011-ci ildə İrandan ən çox neft idxal edən 3-cü ölkə idi. Tehranın mübahisəli nüvə proqramına qarşı sanksiyaların təsiri ilə Yaponiya 2003-cü ildən başlayaraq İrandan idxal etdiyi neftin həcmini yarıdan da azaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR