Bank Of Baku

Bakıda Qafqaz regionunun sığorta bazarında perspektivlərlə bağlı beynəlxalq forum keçiriləcək

Bakıda Qafqaz regionunun sığorta bazarında perspektivlərlə bağlı beynəlxalq forum keçiriləcək
# 17 may 2012 10:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İyul ayının 4-5-də Bakıda «Qafqaz regionunda yeni perspektivlər» mövzusunda III Beynəlxalq Sığorta Forumu keçiriləcək. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) «APA-Economics»ə verilən məlumata görə, forum regionda sığorta və təkrarsığorta bazarlarına həsr olunub və bu bazarda müşahidə olunan tendensiya və perspektivləri əhatə edəcək.

Toplantıya 200-dək iştirakçının qatılacağı gözlənilir, burada təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin, regionda sığorta və təkrarsığorta sahələrində investisiya imkanları müzakirə olunacaq. Tədbirdə Qafqaz regionu, həmçinin Türkiyə, Mərkəzi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, forumun təşkilatçısı Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, ASA və Rumıniyanın «Media XPRIMM» şirkətidir.

Xatırladaq ki, Beynəlxalq Sığorta Forumu 2009-cu ildən başlayaraq hər il Bakıda keçirilir. II Beynəlxalq Sığorta Forumu ötən il iyulun 7-8-də keçirilib. Tədbirdə həyat və şəxsi sığorta xətləri – bazarın inkişafı üçün yeni stimullar, həmçinin həyat və bank işinin sığortası mövzusu müzakirə edilib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR