Bank Of Baku

«Fitch Ratings» agentliyi «Texnikabank»ın reytinqini endirib

«Fitch Ratings» agentliyi «Texnikabank»ın reytinqini endirib
# 17 may 2012 13:17 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə Agentliyin məlumatında deyilir.

Məlumata əsasən, reytinqin endirilməsinin əsas səbəbi depozitlərin bankdan axını nəticəsində bankın likvidliyinin pisləşməsi ilə bağlıdır. Agentliyin məlumatına görə, martın ortalarından mayın 11-nə qədər fərdi depozitlərin həcmi 55% azalıb, bankdakı nağd vəsaitlərin həcmi isə cəmi 12 mln. manata bərabərdir. Agentliyin ekspertlərinin fikrincə, yaranmış likvidlik problemi bank tərəfindən cari öhdəliklərin icrası ilə bağlı əminsizlik yaradır.

Agentlik banka xarici dəstəyin göstərilməsi ehtimalının kiçik olduğunu vurğulayır. Eyni zamanda bildirilir ki, «Texnikabank»ın rəhbərliyi əsas səhmdar olan «World Wines» şirkəti tərəfindən yaxın vaxtlarda banka əlavə vəsaitlərin yönəldilməsi barədə məlumatlandırıb. Lakin bununla yanaşı, dəstəyin bu günə kimi göstərilməməsi, şəffaflığın olmaması və səhmdarlardan birinin həbs olunmasının elan edilməsi belə dəstəyin fayda gətirəcəyini şübhə altına alır.

«Fitch»in məlumatına əsasən, likvidliyin pisləşməsi davam edəcəyi və bankın cari öhdəlikləri yerinə yetirə bilməməsi ilə bağlı vəziyyət aydınlaşacağı halda bankın reytinqi «D» (Defolt) və ya «RD» (Restricted Default – Məhdud Defolt) səviyyəsinə qədər endirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR