Azərbaycanda POS-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı geniş toplantı keçirilib
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, toplantıda Vergilər, İqtisadi İnkişaf, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, eləcə də Mərkəzi Bankın rəhbər vəzifəli şəxsləri, bank və biznes sektorunun nümayəndələri iştirak edib.
Tədbirdə ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin yüksəldilməsi, alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadənin miqyasının genişləndirilməsi, eləcə də POS-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı məsələlər müzakirə edilib. Toplantıda çıxış edən vergilər naziri Fazil Məmmədov ölkə ərazisində aparılan əməliyyatların nağdsız qaydada həyata keçirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən aidiyyəti dövlət qurumlarına verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verib. Qeyd olunub ki, bu istiqamətdə görüləcək işlərin icrasına nəzarət etmək məqsədilə xüsusi qərargah yaradılıb. Bu Qərargahın fəaliyyəti, işlərin koordinasiyalı şəkildə qurulması, eləcə də prosessinq mərkəzləri ilə aparılmış danışıqlar nəticəsində POS-terminalların qeydiyyatı, quraşdırılması və tətbiqi prosesinin sadələşdirilməsi ümumilikdə ticarət və xidmət obyektlərinin POS-terminallarla təchiz olunması prosesinə təkan verib, qısa müddət ərzində ciddi dəyişikliklərə nail olunub.
Bank ekvayerlərinin prosesə fəal şəkildə qoşulması nəticəsində zəruri sayda POS-terminalların ölkəyə gətirilməsi təmin edilib, 2012-ci ilin fevral ayından 2012-ci ilin may ayının 15-dək Bakıda 14 min obyektdə 17 mindən çox POS-terminal qeydiyyatdan keçirilib. Bütövlükdə respublikanın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə POS-terminalların quraşdırılması işi əsasən yekunlaşdırılıb. Hazırda respublika üzrə 26 443 obyektdə 30 940 aktiv POS-terminal qeydiyyata alınıb ki, bunun da 93,7%-i və ya 28 976 ədədi Bakı şəhərinin ərazisində yerləşən obyektlərdədir.
Nəqliyyat sektorunda da POS-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir. Hazırda 830-dan yuxarı taksidə POS-terminalların quraşdırılması başa çatıb. Nəqliyyat vasitələrində tətbiq olunan POS-terminallar beynəlxalq tranzaksiya sisteminə inteqrasiyanı dəstəkləməklə yanaşı, onlardan istifadə edən şəxslərin xarici bank hesabları üzrə plastik kartlarını oxumaq imkanına da malikdir.
Bundan başqa, nağdsız ödənişlərin stimullaşdırılması və POS-terminallardan istifadə barədə əhalinin məlumatlandırılması və maarifləndirilməsinə dair xüsusi Tədbirlər Planı hazırlanıb həyata keçirilib. Həmin plan çərçivəsində vergi ödəyicilərinin və əhalinin fəal maarifləndirilmə işinə başlanıb, nağdsız hesablaşmaların üstünlükləri, ödəniş kartları və POS-terminallara dair 30 mindən yuxarı buklet hazırlanaraq aidiyyəti üzrə paylanıb. Nağdsız hesablaşmaların üstünlüklərini təbliğ etmək üçün KİV-in imkanları səfərbər edilib, reklam çarxları hazırlanıb, sosial şəbəkələrdə təbliğat işi aparılıb.
Tədbir iştirakçıları bu prosesin davamlı xarakter daşımasının vacibliyini vurğulayıblar. Toplantıda nağdsız ödənişlərin genişləndirilməsi, POS-terminallardan istifadənin artırılması sahəsində müvafiq strukturların üzərinə düşən işlərin koordinasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, nəqliyyat nazirinin müavini Musa Pənahov, Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev, eləcə də biznes və bank sektorunun nümayəndələri çıxış edərək, məsələ ilə bağlı öz fikir və təkliflərini bildiriblər.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
İsrail və Livan cümə günü çərçivə sazişi imzalayacaq
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Venesuelada zəlzələdə ölənlərin sayı 600-ə çatıb, 3000-ə yaxın yaralı var - VİDEO - YENİLƏNİB-4
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Lavrov Rubionun Alyaskadakı danışıqlar barədə sözlərinə cavab verib
Azərbaycan Ordusu – müstəqilliyin, suverenliyin və milli iradənin rəmzi - TƏHLİL