Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Həmin nisbət əhalinin gəlirlərinin xərcləri üstələməsi səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.
Cədvəldən göründüyü kimi, ilin əvvəlində indeks ən aşağı səviyyəyə çatıb və sonradan artım baş verir ki, analoji dinamika hər il müşahidə olunur. Bunun əsas səbəbi kimi ilin sonunda və yeni ilin əvvəlində əhalinin xərclərinin artmasını qeyd etmək olar.
Qeyd edək ki, 2012-ci ilin yanvar-aprel aylarında pərakəndə əmtəə dövriyyəsi 5 343,8 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1 668,2 mln. manat, əhalinin gəlirləri isə 9 761,1 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 2 749,1 mln. manat və ya 39,2% üstələyib.