Bank Of Baku

«Dəmirbank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 22% artırıb

«Dəmirbank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 22% artırıb
# 17 may 2012 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il mayın 1-nə 352,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 18% artaraq 275,4 mln. manat, depozit portfeli 130,8 mln. manat, o cümlədən əhalinin əmanətləri 22,1% artaraq 114,6 mln. manat təşkil edib.

Cari ilin mayın 1-nə bankın məcmu kapitalı 50,1 mln. manat, o cümlədən nizamnamə kapitalı 21 mln. manat olub.

Qeyd edək ki, «Dəmirbank» ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR