Bank Of Baku

Almaniyanın maliyyə naziri avronun xilasına verdiyi töhfələrə görə mükafata layiq görülüb

Almaniyanın maliyyə naziri avronun xilasına verdiyi töhfələrə görə mükafata layiq görülüb
# 18 may 2012 10:31 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın maliyyə naziri Volfhanq Şoyble avronun xilasına və Avropanın birləşməsinə verdiyi töhfələrə görə “Böyük Karl” mükafatına layiq görülüb.

APA-Economics”in “Welt”ə istinadən xəbərinə görə, 1950-ci ildə təsis olunan mükafat Aaxendə təqdim olunur. Mükafata Avropanın birləşməsinə xüsusi töhfələr verən şəxslər layiq görülür. Mükafatın təqdimat mərasimi isə xristianların Pasxa bayramından 40 gün sonra - İsanın yüksəliş günü keçirilir.

İndiyədək “Böyük Karl” mükafatına layiq görülən şəxslər arasında Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Jan Klod Trişe, ABŞ-ın sabiq prezidenti Bill Klinton və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler də var.

Uzun illərdir siyasi fəaliyyətlə məşğul olan Volfhanq Şoyble Maliyyə Nazirliyinə 2009-cu ildən başçılıq edir. O, Angela Merkelin əvvəlki kabinetində daxili işlər naziri postunu tutub. Volfhanq Şoyble hazırkı hökumətdə Almaniyanın birləşməsindən əvvəl - 1984-cü ildə hökumətdə təmsil olunmuş yeganə şəxsdir. O, 1991-ci ildə “Almaniya qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR