Bank Of Baku

Azərbaycan Hesablama Palatası Baş Dövlət Yol Polisi İdarəsində yoxlama aparıb

Azərbaycan Hesablama Palatası Baş Dövlət Yol Polisi İdarəsində yoxlama aparıb
# 18 may 2012 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında «Azərbaycan İnvestisiya Şirkəti» ASC, Baş Dövlət Yol Polisi İdarəsi və digər dövlət qurumlarında aparılan yoxlamaların nəticələri ilə bağlı rəy və hesabatlar müzakirə olunaraq Milli Məclisə təqdim edilməsi qərara alınıb.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycan İnvestisiya Şirkəti» ASC-nin fəaliyyəti üzrə vəsaitlərin formalaşması və istifadəsinə, Xaçmaz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət rüsumları, cərimələr, digər icbari ödənişlər, habelə xüsusi vəsaitlər üzrə daxilolmaların qanunvericiliyə uyğun hesablanılması və ödənilməsinə dair rəy və hesabatlar təsdiq olunaraq Milli Məclisinə təqdim edilməsi qərara alınıb.

İclasda həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin «Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi» bölməsinin «Hidrometeorologiya tədbirləri» paraqrafından və Nazirliyin tabeliyində olan «Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC-yə dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı da təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR