Bank Of Baku

“Bank of Baku” “Bolkart” istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir - FOTO

“Bank of Baku” “Bolkart” istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir - <font color=red>FOTO</font>
# 18 may 2012 14:36 (UTC +04:00)
Bakı - APA-Economics. “Bank of Baku” qarşıdan gələn 28 May - Respublika Günü və “Eurovision” həftəsi ilə əlaqədar “Bolkart” istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 19 may tarixindən etibarən mayın 28-dək pul çıxaran kart sahibləri iyul ayının 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komisyon haqqı 2,5 %-dir.

Qeyd edək ki, “Bolkart” tamamilə pulsuz, limiti bərpaolunan bir kredit kartıdır. “Bolkart”dan “Bank of Baku” ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. “Bolkart”ı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də “Bank of Baku”nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar. Bu gün artıq 16 mindən çox vətəndaş “Bolkart”ın üstünlüklərindən faydalanmaqdadır.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR