Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ildә inflyasiya hәdәfinә nail olmağa tәsir göstәrә bilәcək qlobal vә ölkә üçün spesifik risklәri açıqlayıb.
"APA-Economics" AMB-nin 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir ki, qlobal risklәr ilk növbәdә dünya iqtisadiyyatının gözlәnildiyindәn aşağı templә artması, proteksionizm meyillәrinin davam etmәsi vә geosiyasi gәrginliklәr şәraitindә neftin mümkün qiymәt dәyişkәnliyi ilә bağlıdır.
"Belә ki, dünyada iqtisadi siyasәtin qeyri-müәyyәnliyi indeksi özünün rekord sәviyyәsinә çatıb. Hәmçinin uzunmüddәtli qiymәtli kağızların gәlirliyinin qısamüddәtli kağızlardan aşağı düşmәsi vә İEÖ-dә maliyyә sistemindә tәhlükәlәrin artması ortamüddәtli dövr üçün böhran gözlәntilәrini artırıb. Digәr xarici risk mәnbәyi dünya әrzaq bazarlarında bahalaşmanın davam etmәsi, ticarәt tәrәfdaşlarında inflyasiya vә valyuta mәzәnnәlәrindәki dәyişkәnliklәr nәticәsindә potensial inflyasiya idxalıdır", - AMB-nin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, daxili risk faktorlarına isә fiskal aktivlik vә fiskal kәsir nәticәsindә pul kütlәsinin artması, istehlak kreditlәrinin inflyasyon genişlәnmәsi, habelә gözlәntilәrin assimmetrikliyi aiddir.
"Risk balansını vә qeyri-monetar faktorların tәsir potensialını nәzәrә almaqla inflyasiyanın hәdәf diapozonu çәrçivәsindә saxlanılması әhәmiyyәtli dәrәcәdә müxtәlif iqtisadi siyasәt istiqamәtlәrinә yanaşmalardan asılı olacaq. Qeyri-müәyyәnliklәrin artdığı bir şәraitdә yalnız iqtisadi siyasәtin bütün istiqamәtlәri, xüsusilә fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiya xarici şokların neqativ tәsirlәrinin minimallaşdırılmasına, o cümlәdәn, valyuta bazarında tarazlığın qorunmasına imkan verә bilәr. Fiskal siyasәtdә pro-tsiklliyә yol verilmәmәsi vә fiskal qaydaların adekvat tәtbiqi daxili risk amillәrinin effektiv idarә edilmәsi vә belәliklә qiymәt sabitliyinin dayanıqlığının әsas şәrtlәrindәn biri olaraq qalacaq. Digәr tәrәfdәn ölkәdә hәyata keçirilәn struktur-institusional islahatlar rәqabәt mühitini yaxşılaşdırmalıdır ki, bu da dayanıqlı qiymәt sabitliyi üçün әhәmiyyәtlidir", - bəyanatda qeyd olunub.
YENİLƏNİB'>