Bank Of Baku

AMB: Gələn il üçün inflyasiya gözləntilərimiz aşağı vә stabildir

AMB: Gələn il üçün inflyasiya gözləntilərimiz aşağı vә stabildir
# 30 dekabr 2019 11:36 (UTC +04:00)

Bu il ərzində Azərbaycanda inflyasiyanın faktiki dinamikası vә valyuta bazarındakı tarazlığı Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiya gözlәntilәrini minimum sәviyyәdә saxlayıb.

"APA-Economics" bu barədə AMB-nin 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

Mәrkәzi Bank tәrәfindәn aparılan real sektorun monitorinqinin nәticәlәrinә әsasәn, ev tәsәrrüfatlarının növbәti 12 ay üçün inflyasiya gözlәntilәri aşağı vә stabildir. Qeyri-neft emal sәnayesi vә xidmәt sektoru üzrә dә 3 aylıq inflyasiya gözlәntilәri faktiki inflyasiyaya yaxın sәviyyәdәdir.

Qeyd edək ki, noyabrda 12 aylıq inflyasiya hәdәf diapozonunun mәrkәzindәn dә aşağıda olmaqla 2,6%-ə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR