2020-ci il ərzində “Azərkosmos” ASC tərəfindən dünyanın 33 ölkəsinə 45,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu gözsərici 2019-cu il ilə müqayisədə 4% artıb.
ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.
2020-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 23 ölkəsinə 3,8 mln. dollar dəyərində xidmət ixrac edib. “Azərkosmos”un 2020-ci ilin ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Krallıq, ABŞ, Malayziya və BƏƏ-dir.