Bank Of Baku

Azərbaycanda bank olmayan ödәniş xidmәti tәchizatçılarının assosiasiyası yaradılacaq

Azərbaycanda bank olmayan ödәniş xidmәti tәchizatçılarının assosiasiyası yaradılacaq
# 30 dekabr 2019 15:22 (UTC +04:00)

Azərbaycanda ödәniş xidmәtlәri üzrә tәnzimlәyici çәrçivәnin tәkmillәşdirilmәsi vә nәzarәtin güclәndirilmәsi işlәri dә 2020-ci ildә davam etdirilәcәk.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir. 

Bildirilir ki, "Ödәniş xidmәtlәri vә ödәniş sistemlәri haqqında” Qanunun vә ondan irәli gәlәn hüquqi aktların qәbulu istiqamәtindә işlәr görülәcәk. Rәqәmsal ödәnişlәr sahәsindә tәnzimlәyici test rejiminin tәtbiqi imkanları qiymәtlәndirilәcәk vә "Baza bank xidmәtlәri paketi” layihәsi tәşviq olunacaq.

"Ödәniş ekosistemindә yerli vә beynәlxalq maliyyә institutlarının fәaliyyәtinin tәhlili, tәtbiq edilәn mәhsulların qiymәtlәndirilmәsi aparılacaq. Maliyyә inklüzivliyinin inkişafı üzrә yeni metodların tәtbiqi, o cümlәdәn agent bankçılıq vә ödәniş agenti şәbәkәsinin formalaşdırılması, bank olmayan ödәniş xidmәti tәchizatçılarının assosiasiyasının yaradılması nәzәrdә tutulur", - bəyanatda qeyd olunub.

Bəyanatda rәqәmsal bankçılıq vә rәqәmsal ödәniş texnologiyaları sahәsindә innovativ hәllәrin tәtbiqi, risklәrin daha operativ idarә edilmәsi mәqsәdi ilә tәnzimlәyici çәrçivәdә zәruri dәyişikliklәrin aparılacağı da bildirilir.

"Mәsafәli bank xidmәtlәrinin tәtbiqinin genişlәndirilmәsi tәşviq olunacaq. Müasir ödәniş sistemlәrinin yaradılması ilә bәrabәr ümumi texnoloji inkişaf mәsәlәlәri dә diqqәtdә saxlanılır. Mәrkәzi Bank ölkәdә pilot olaraq ilk dәfә Blokçeyn texnologiyasına әsaslanan vә bank sektorunun inkişafı üçün mühüm olan Rәqәmsal İdentifikasiya Sisteminin yaradılması layihәsini hәyata keçirir. Layihә nәticәsindә müştәri-bank münasibәtlәrinin rәqәmsallaşması mәqsәdi ilә fiziki vә hüquqi şәxslәr tәrәfindәn mәsafәdәn bank hesablarının açılması üzrә biznes proseslәr avtomatlaşacaq. Eyni zamanda, 2020-ci ildә innovativ maliyyә texnologiyalarının tәtbiqinin әhatә dairәsinin genişlәndirilmәsi mәqsәdi ilә açıq bankçılıq prinsip vә standartlarının yaradılması prioritet olaraq seçilib", - bəyatanda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR