Bank Of Baku

Azərbaycanda ötən il bir ölkə sakini ərzaq məhsullarına orta hesabla ayda 181 manat xərcləyib

Azərbaycanda ötən il bir ölkə sakini ərzaq məhsullarına orta hesabla ayda 181 manat xərcləyib
# 18 yanvar 2021 15:42 (UTC +04:00)

2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 mlrd. manatlıq, o cümlədən 21,7 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4% artıb.

2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6%-i ərzaq məhsullarının, 5,4%-i içkilər və tütün məmulatlarının, 16%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i elektrik malları və mebellərin, 5,1%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 22,7%-i ticarət müəssisələri, 54,6%-i fərdi sahibkarlar tərəfindən, 22,7%-i isə bazar və yarmarkalarda satılmışdır.

2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,6%, fərdi sahibkarlar üzrə 3,8% artıb, bazar və yarmarkalarda isə 17,2% azalıb.

2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR