Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda yaşayış evlərinin tikintisinə 1 205,8 mln. manat sərmayə yönəldilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə vəsaitlərin həcmi 12,4% artıb. Beləliklə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunun 9,4%-i məhz bu sektorun payına düşüb.
Bu müddətdə məhsul istehsalı sahələrinə investisiya qoyuluşu illik müqayisədə 6,6% azalaraq 8 399,3 mln. manat, xidmət sahələrinə investisiya qoyuluşu isə 3,1% artaraq 3 181,8 mln. manat təşkil edib.
Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% az vəsait yönəldilib.