İlkin hesablamalara görə, Gürcüstan iqtisadiyyatı 2020-ci ildə 6,1% azalıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) icraçı direktoru Qoqita Todradze keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, təkcə ötən ilin dekabrında ölkədə ÜDM istehsalı illik müqayisədə 7,9% azalıb.