2010-cu ildən Asiya İnkişaf Bankı (AİB) təqribən 2,3 milyard dollar krediti dəstəkləyən və 1,2 milyard ABŞ dolları birgə maliyyələşdirməyə cəlb edən böyük mikromaliyyə proqramına başlayıb.
“APA-Economics” verdiyi məlumata görə, bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Sunniya Durrani-Camal "Dayanıqlı mikromaliyyələşdirmə üçün innovativ həllər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, aztəminatlı və həssas icmaların maliyyə inkluzasiyası, eləcə də kiçik və orta müəssisələrin maliyyəyə çıxışı AİB-in iş yerlərinin yaradılması, gəlirlərin artırılması və yoxsulluğun azaldılması strategiyasının mühüm hissəsidir:
"2010-cu ildən AİB böyük mikromaliyyə proqramına başlayıb, təxminən 2,3 milyard dollar krediti dəstəkləyib və 1,2 milyard ABŞ dolları birgə maliyyələşdirmədən istifadə edib".
Durrani-Camali qeyd edib ki, AİB məsuliyyətli bazar artımını, əhatə dairəsinin artırılmasını və təkmilləşdirilmiş xidmətləri dəstəkləyən tənzimləyici təcrübələrin təkmilləşdirilməsi üzrə məsləhətlər verir.