Bank Of Baku

Azərbaycanda maliyyə sektorunda dələduzluğa qarşı yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov

© APA | Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov

# 09 iyun 2026 10:01 (UTC +04:00)

Azərbaycanda maliyyə sektorunda kibertəhlükəsizlik və dələduzluqla mübarizə tədbirləri gücləndirilir.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşmanın və nağdsız ödənişlərin artması ilə paralel olaraq dələduzluq riskləri də yüksəlir və bunun qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilir.:

"Biz bir sıra qurumlarla effektiv iş mübadiləsi artıq aparmaqdayıq və daha gələcəkdə də bunu həm rəqəmsal tərəfindən inkişafını düşünürük, həmçinin də ilin sonuna qədər dələduzluğa qarşı yeni qaydaların bazara tətbiq olunmasını gözləyirik. Bu, sırf dələduzluğun idarə edilməsi üçün mühüm addım olacaq", - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR